• Ana səhifə
  • Haqqımızda
  • Xidmətlərimiz
    Tərcümə Araşdırma
  • Vakansiyalar
    Vakansiyalar Layihələr
  • Xəbərlər və araşdırmalar
  • Əlaqə

Xəbərlər və araşdırmalar

Ana səhifə/Xəbərlər və araşdırmalar

16.06.2026
CTAM “Yaddaşlarda yaşayan vətən” filminin təqdimat mərasimində

16 iyun tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə Prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Yaddaşlarda yaşayan vətən” filminin təqdimat mərasimi keçirilmişdir.

“Cosmoline” Tərcümə və Araşdırma Mərkəzinin İcraçı direktoru Tünzalə Əsədova və Mərkəzin baş tərcüməçisi, Qafqaz regionu üzrə ekspert Həsən Əhmədov təqdimat mərasimində iştirak etmişdir.

İsveçli rejissor Mikael Silkeberqin ərsəyə gətirdiyi filmdə Qərbi Azərbaycan yaddaşlarda yaşayan və mədəni dəyərləri ilə qorunub saxlanılan məkan kimi təqdim olunur. Filmdə təqdim edilən tarixi xəritələr, arxiv materialları və müxtəlif şahid ifadələri bəzi coğrafiyaların yalnız fiziki sərhədlərdə yox, insanların mədəni şüurunda və kollektiv yaddaşında yaşadığını bir daha sübut edir.

Tədbirdə çıxış edənlər, rejissor Mikael Silkeberq, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Milli Məclisin deputatları Qaya Məmmədov və Rizvan Nəbiyev mədəni irsin, milli adət-ənənələrin, ədəbiyyat və incəsənətin bu tərz filmlərlə gənc nəsillərə ötürülüməsinə xüsusi töhfə verəcəyini qeyd etmişlər.


Bizi sosial şəbəkələrdə izləyin

Bizimlə əlaqə

Ünvan: 95 Heydər Əliyev Prospekti, Baku , Azerbaijan

Elektron poçt ünvanı: office@cosmoline.az

Telefon: (+994) 51 648 43 56

Copyright ©